"Qarabağ"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Kiprin AEL klubu bu turda Ağdam təmsilçisi ilə qarşılaşacaq. Limassol klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Vlajniya"nı üstələyib. Albanlar həm səfərdə, həm də öz meydanında eyni hesabla uduzub - 0:1.
Qeyd edək ki, "Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.