Hazırda davam edən Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Keşlə" - "Soçi" matçında futbolçular arasında dava olub.
"Football-plus.az" saytının məlumatına görə, meydan sahiblərinin üzvü Aldair Neto ilə qonaqların kapitanı İbrahim Tsallaqov əlbəyaxa olublar. Hər iki komandanın digər futbolçularının müdaxiləsindən sonra vəziyyət daha da gərginləşib. Qarşılaşmanın baş hakimi Viktor Şumisik aranı sakitləşdirib. Belaruslu referi hər iki futbolçunu yaşananlara görə sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, epizoddan 2 dəqiqə sonra Marqasov görüşdə "Soçi"nin 3-cü qolunu vurub.