Bir müddət əvvəl Feliks Brıx ilin sonunda beynəlxalq karyerasını başa vuracağını açıqlamışdı.
Almaniyalı gələn ildən yalnız ölkədaxili yarışlarda fit çalmaq qərarına gəlib. Digər məşhur hakim Byorn Kuypers də hakimlik həyatıyla bağlı vacib qərar verib: o, gələn ay karyerasını başa vuracaq. Deməli, niderlandlı vədinə əməl edəcək. O, təxminən iki ay əvvəl hakimliklə vidalaşacağını bəyan etmişdi. AÇ-2020-nin İtaliya – İngiltərə finalını idarə edən 48 yaşlı Kuypers artıq bu barədə Niderland Kral Futbol İttifaqına məlumat verib.
O, Niderland Superkubokunun avqustun 7-də keçiriləcək və təyinat aldığı “Ayaks” - PSV matçından sonra kayerasını başa vuracağını bildirib: