Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Keşlə" "Soçi"ni qəbul edib.
Qarşılaşmada ruslar qələbə qazanıblar - 2:4. Bu nəticədən sonra Bakı təmsilçisi mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk görüşdə "Soçi" "Keşlə"ni 3:0 hesabı ilə məğlub edib.
Keşlə - Soçi (Rusiya) 2:4
Qollar: Duqandziç, 21 (0:1), Santos, 35 (1:1), Burmistrov 38 (1:2), Hacıyev, 52 (2:2), Marqasov, 70 (2:3), Duqandziç, 82 (2:4)
Hakimlər: VİKTOR ŞİMUSİK, Anton Qusev, Sergey Kosovets, Vitali Sevostyanik (hamısı Belarus).
Hakim-inspketor: Plarent Kotherya (Albaniya).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Hersoqovina).
Bakı. ASK Arena. Saat 20.00
İlk oyun - 0:3.