Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Aşdod" "Qarabağ"la üz-üzə gəlib.
Ağdam təmsilçisi İsraildə keçirilən görüşdə qələbə qazanıb. Bununla da Qurban Qurbanovun komandası növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, Bakıda keçirilən görüşdə hesab açılmamışdı - 0:0.
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
Aşdod (İsrail) - Qarabağ 0:1
Qol: Ozobiç, 6 (0:1)
Hakimlər: NOVAK SİMOVİÇ, Nikola Coroviç, Miloş Simoviç, Aleksandar Jivkoviç (hamısı Serbiya).
Hakim-inspektor: David Fernandes Borbalan (İspaniya).
UEFA nümayəndəsi: Miçalis Mitas (Cənubi Kipr).
Aşdod. Yabotinski stadionu. Saat 21.00
İlk oyun - 0:0.