Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" doğma meydanda "Olimpiakos"a məğlub olub - 0:1.
Görüşdən sonra pireylilərin yarımmüdafiəçisi Vasilis Surlis yerli mətbuata açıqlama verib. 19 yaşlı futbolçu qələbəni şərh edib:
“Məşq keçmək üçün belə yetərli sayda futbolçumuz yox idi. Ancaq baş məşqçinin bütün tapşırıqlarına qulaq asdıq və meydanda yerinə yetirdik. Həmişə inkişaf etməyə və hazır olmağa çalışıram ki, komandaya lazım olduğum zaman köməyim dəysin. Hələ ki, “Neftçi” üzərində qələbəni bayram edirik. Növbəti mərhələdəki rəqib “Ludoqorets”i müzakirə etməmişik. Vaxtı gələndə həmin matça da hazır olacağıq”.