Daha bir cüdoçumuz Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb.
Zelim Kotsoyev yarışı medalsız başa vurub.
100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 finalda məğlub olub. 1/16 finalda Fransa təmsilçisi Aleksandr İddirlə qarşılaşan 23 yaşlı Kotsoyev vazari ilə qalib gəlib. Zelim 1/8 finalda Şadi Elnahas səddinə ilişib. Kanadalı idmançısı ipponla qalib gəlib. Bununla da osetin cüdoçu Olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurublar.