"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Aşdod"la (İsrail) cavab matçı üçün təşkil edilən mətbuat konfransında iştirak edib.
"Futbol+"in məlumatına görə, təcrübəli mütəxəssis komandasının çox istəkli olduğunu qeyd edib:
"Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidi və qalib gəlmək istəyir. Meydanda ən yaxşısını etməyə və Bakıda keçirilmiş ilk matçdan daha diqqətli oynamağa çalışacağıq. Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq. Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdı".