Sabah Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçları keçiriləcək. "Keşlə" "ASK Arena"da "Soçi"ni qəbul edəcək.
Qarşılaşmadan öncə keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Vladimir Fedotov jurnalistlərin önünə çıxdı. Rusiyalı mütəxəssis oyun haqda bunları söylədi:
“İki gün əvvəl çempionat oyununa çıxdıq. Təəssüf ki, 0:1 hesabı ilə uduzduq. Bərpa olunmaq üçün 2 gün vaxtımız oldu. Bu müddəti də bərpa məşqlərinə sərf etdik. Artıq Bakıdayıq".
- Komandanın bərpası üçün az vaxt var idi. Hazırda fiziki durum necədi?- Sabah döyüşkən oyun olacaq. Hazır olub-olmadığımızı da bu görüş göstərəcək. Bəzi oyunçularımızla bağlı problemlər var. Bu üzdən əvəzedici komandadan bir neçə futbolçunu komandaya cəlb etmişik.
- Heyətdə dəyişikliklər olacaq?- Bəli, rotasiyalar olacaq. Bəzi oyunçular çox yüklənib. Bakıya da bu gün gəlmişik. Sevinirik ki, hava çox isti deyil. Meydanın süni örtüklü olması futbolçulara mənfi təsir göstərə, zədəyə yol aça bilər. Ancaq bu halla bütün komandalar üzləşir. Futbol istənilən havada, şəraitdə oynanılmalıdı.
- "Keşlə"də geridönüş etmək potensialı görürsüz?- Kənardan elə görünə bilər ki, asan qələbə qazanmışıq. Amma ciddi müqavimətlə üzləşdik. Düzdü, bəzi qol vəziyyətlərindən yararlana bilmədik. Sabahkı oyunda mübarizə gözləyirik və buna hazırıq.
- SSRİ dönəmində futbolçu kimi Bakıda olmusuz. Bununla bağlı nə deyə bilərsiz?- SSRİ-nin son illərində burda "Neftçi"yə qarşı oynamışam. Yenidən bura qayıtmaq çox gözəldi. Bakıda hər şey superdi. Gözəl şəhərdi, yaxı azarkeşlər var, ab-hava yüksəkdi. Vaxtilə olduğum yerə qayıtmaq xoşdu.