Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
81 kq çəki dərəcəsində yer alan Alfonso Dominges ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetovla qarşılaşmada 4:1 hesablı qələbə qazanıb.
İdmançımız bu raundda türkiyəli Bayram Malkan üz-üzə gələcək. Döyüş iyulun 30-da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan boksçularından daha əvvəl Cavid Çələbiyev (63 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/8 finala vəsiqə qazanıb. Tayfur Əliyev (57 kq) və Lorenzo Sotomayor (69 kq) isə mübarizəni dayandırıb.