Yaponiyalı skeytbordçu Momici Nişiya Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
İdmançı 13 yaş 330 günlüyündə çempion olub. O, Yay Olimpiya Oyunlarının tarixinə düşüb. Nişiya çempion adını qazanan ən gənc ikinci idmançıdı.
Daha əvvəl ABŞ təmsilçisi Marcori Qestrinq 1936-cı ildə suyatullanma növündə 13 yaş 268 günlüyündə fərqlənib.