"Neftçi" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın “Olimpiakos” klubuna iki oyunun nəticəsinə görə məğlub olsa, mübarizəni Avropa Liqasında davam etdirəcək.
Artıq "flaqman"ın burdakı potensial rəqibi də bəlli olub.
“Neftçi” – “Olimpiakos” cütünün məğlubu Avroliqanın 3-cü təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək. Sözügedən komanda ÇL-in ikinci təsnifat mərhələsində İsveçin “Malmö” klubuna məğlub olub. İsveçdə baş tutan ilk oyunda Finlandiya çempionu 1:2 uduzub. Cavab görüşü isə 2:2 hesabı ilə başa çatıb.