Fransa çempionatında 2020/21 mövsümü yetərincə intriqalı və baxımlı oldu.
Hətta deyərdik ki, bu mənada “böyük beşliy”in qalan ölkələrini qabaqladı. Halbuki mövsüm başlamamış çoxları PSJ-nin yenə dominantlıq edəcəyini düşünürdü. Üç klub mövsüm boyunca parislilərlə rəqabət apardı və sonda bu mübarizədən “Lill” qalib ayrıldı.
“İtlər” sıx mübarizə şəraitində dəfələrlə rəqabətədavamlı olduğunu göstərdi, daim zirvədə və onun yaxınlığında qərarlaşdı. “Lill” 38 turun 20-də zirvədə oldu. Qaltyenin komandası mövsüm boyunca sabit oyun göstərdi. Mövsümboyu cəmi üç dəfə uduzan “Lill” əsas rəqibləri ilə duellərdə də uğurlu nəticə göstərdi. Nə PSJ, nə “Monako”, nə də “Lion” bu komandanı məğlub edə bildi. “Lill”in oyununun məzmunundan universallıq yağırdı. Başqa komandaların hər birinin oyununda xarakterik özəlliklər var idisə, çempionda yox idi. Bəlkə də elə belə yaxşıdı – “Lill” ağıllı şəkildə rəqibin oyununa uyğunlaşırdı.
Fransanı ÇL-də “itlər”lə yanaşı, PSJ və “Monako” da təmsil edəcək. Daha dəqiqi, parislililər bunu təminat altına alıb. “Knyazlar” isə hələ təsnifat mərhələsini keçməlidi. Əslində PSJ-nin ilk iki yerdən birini tutacağına heç kim şübhə etmirdi. Baxmayaraq ki, “Monako” ilə “Lion” sona qədər parisliləri rahat buraxmadı.
“Knyazlar” mövsümün 2-ci hissəsində oyun keyfiyyətini və effektivliyi artırmaqla görünməmiş sürət yığdı. Düzdü, lap son turlarda onların nəfəsi təngidi və müntəzəm büdrəməyə başladılar ki, bu da çempionluq uğrunda mübarizə aparmağa imkan vermədi. “Monako” “Lill” qədər balanslaşmış komandadı. Ancaq mövsümün uğursuz keçən ilk hissəsi komandanın çempionluq iddiasına zərbə vurdu. “Knyazlar” ilk yarıda hədsiz çox xal itkisinə yol verməsəydi, hətta böyük fərqlə çempion olardılar.
Razılaşaq ki, Fransanın bu yay avrokuboklardakı təmsilçiliyi adlar, komandalar baxımından möhtəşəm görünür. Bütün top-klublar vəsiqə qazanıb, dərhal büdrəyəsi ortabablar yoxdu. Sözsüz, “Lion” və “Marsel” Avroliqaya vəsiqəyə görə fərqli emosiyalar yaşayırlar. “Lion” ÇL-ə vəsiqəni son anda əldən verdisə, “Marsel” qitənin səviyyəsinə görə ikinci yarışına vəsiqəni çətinliklə qazandı. Finişdə bu iki komandanı bir-birindən 16 xal ayırdı. Faktiki çempionatın sonuna çox qalmış komandalar iki qrupa ayrılmışdı. İlk “4-lük” titul uğrunda mübarizə aparırdı, sonda bu komandalardan üçü ÇL-ə, biri AL-ə yollandı. Bu mübarizədə “Lion” büdrədi. Amma “şirlər” buna görə ilk növbədə özünü suçlamalıdı. Onlar hansısa məqamda çox yaxşı imkan yaxalamışdılar, hətta titula da iddia edə bilərdilər. Sadəcə, “Lill” ilə həlledici oyunda hesabda 2:0 öndə olduqları halda, Burak Yılmazın möhtəşəm oyunu üzündən qələbəni əldən verdilər (2:3). Sonuncu turda isə “Nitsa”ya 2:3 uduzmaqla “Lans” önündə büdrəyən (0:0) “Monako”ya çatmaq imkanını əldən verdilər. Bir sözlə, “Lill” üstünlüyünü özü əritdi. Hücumdakı gözəl oyunu müdafiədəki uğursuzluq it-bat edirdi. Məhz bu üzdən Rudi Qarsiya baş məşqçi postunu tərk etdi, onun yerinə artıq Peter Boş dəvət olunub. “Marsel”ə gəlincə, bu komanda liderlər sırasında uzun müddət qala bilmirdi. PSJ kimi, “Marsel” də mövsümün gedişində baş məşqçisini dəyişdi. Ancaq yalnız mövsümün sonuna yaxın – ilk “4-lük” xeyli irəli qaçandan sonra oyunu sabitləşdirmək mümkün oldu. Belədə 5-ci yer, yəni həm də AL-ə uğrunda mübarizə aparmaqdan başqa çıxış yolu yox idi. Burda da mübarizə son ana qədər davam etdi. Çünki “Renn” və “Lans” da eyni hədəfə köklənmişdi. Sonda “Marsel”in daha sabit oyun göstərməsi işə yaradı.
Mövsümün uğursuzlarına gəlincə, “Dijon” fiasko ilə üzləşdi və çox əvvəldən taleyi ilə barışdı. Bu komanda son 18 turun 16-da uzduzdu. Yalnız son oyunda səfərdə “Sent-Etyen”i məğlub etməklə qapını möhkəm çırpmaq mümkün oldu. Ancaq 21 xal və -48 top fərqi təhqiramiz nəticədi. Son tur ərəfəsində “Nim”in də aşağı dəstəyə yollanacağı bəlli oldu. Bu komanda bəzən çox gözəl və parlaq oyun göstərdiyindən elitada yeri görünəcək.
“Nant” və “Loryan” da bir müddət təhlükəli zonada göründü. Ancaq adı çəkilən komandalar lazımi anda toparlana bildi. Məsələn, “Nant” 4 oyunluq qələbə seriyası yaxaladı. Hərçənd son turda “Monpelye”yə uduzmaqla aşağı dəstədə 3-cü yeri tutan “Tuluza” ilə pley-off oyunları keçirdi. Burda səfər qolu “Nant”ın işinə yaradı: komanda elitada yerini qorudu. “Dijon”la “Nim”in yerini isə “Trua” və “Klermon” tutacaq.
RƏQƏMLƏR VƏ FAKTLAR
* 380 oyun keçirilib. Ev sahibləri 142 (37,4%), qonaqlar isə 143 (37,6%) görüşdə qalib gəlib, 95 matç (25%) heç-heçə bitib.
* 1049 qol vurulub ki, bu da hər oyuna orta hesabla 2,8 qol deməkdi. Ev sahibləri 531 (50,6%), qonaqlar isə 518 (49,4%) qol vurub. Ən çox təsadüf olunan hesab 1:1-di: 48 dəfə (12,6%).
* Çempionat oyunlarını ümumilikdə 245767 azarkeş izləyib ki, bu da hər oyuna orta hesabla 3668 azarkeş deməkdi.
* Ən böyükhesablı qələbə: PSJ – Anje 6:1, Strasbur – Nim 5:0, Sent-Etyen – Lion 0:5.
* Ən məhsuldar oyun: 8 qol – Lans – Reyms 4:4.
“Futbol+”in versiyasına görə
Mövsümün...
...ən yaxşı oyunçusu: Kilian Mbappe (PSJ)
...ən yaxşı məşqçisi: Kristof Qaltye (Lill)
...ən yaxşı qapıçısı: Mayk Menyan (Lill)
...ən yaxşı müdafiəçisi: Markinyos (PSJ)
...ən yaxşı yarımmüdafiəçisi: Memfis Depay (Lion)
...ən yaxşı hücumçusu: Burak Yılmaz (Lill)
...ən yaxşı oyunu: Lion – Lill 2:3
Çempionatın rəmzi “11-liy”i
Qapıçı – Mayk Menyan (Lill); müdafiəçilər – Conatan Klauss (Lans), Joze Fonte, Reynildo (hər ikisi “Lill”), Markinyos (PSJ); yarımmüdafiəçilər – Lukas Paketa, Memfis Depay (hər ikisi “Lion”), Orelyen Tçuameni (Monako), Benjamen Andre (Lill); hücumçular – Burak Yılmaz (Lill), Kilian Mbappe (PSJ).
Bombardirlər
Kilian Mbappe PSJ 27 (5*)
Vissam Ben Yedder Monako 20 (10)
Memfis Depay Lion 20 (8)
Burak Yılmaz Lill 16 (4)
Lüdovik Ajork Strasbur 16 (4)
Kevin Folland Monako 16
Qaetan Lyabord Monpelye 16
* - penaltidən vurulan qolların sayı.
Assistentlər
Memfis Depay Lion 12
Dimitri Payet Marsel 10
Zinədin Fərhat Nim 10
Aleksandr Qolovin Monako 9
Anxel Di Mariya PSJ 9
Andi Delor Monpelye 9
Jonatan Bamba Lill 9
FRANSA KUBOKU
final
Monako – PSJ 0:2
İkardi, 19. Mbappe, 81.
FRANSA SUPERKUBOKU
PSJ – Marsel 2:1
İkardi, 39. Neymar, 85 – Payet, 89.
Kim hara?
Lill, PSJ – ÇL-in qrup mərhələsinə
Monako – ÇL-in 3-cü təsnifat mərhələsinə
Lion, Marsel - AL-in qrup mərhələsinə
Renn – AL-in 4-cü təsnifat mərhələsinə
Nim, Dijon - aşağı dəstəyə
Elitada yerini qorumaq üçün pley-off oyunları: Tuluza - Nant 1:2, Nant – Tuluza 0:1
Trua, Klermon – elitaya
1. Lill 38 24 11 3 64-23 83 10 7 2 28-11 37 14 4 1 36-12 46
2. PSJ 38 26 4 8 86-28 82 13 1 5 44-14 40 13 3 3 42-14 42
3. Monako 38 24 6 8 76-42 78 12 5 2 43-21 41 12 1 6 33-21 37
4. Lion 38 22 10 6 81-43 76 11 3 5 42-23 36 11 7 1 39-20 40
5. Marsel 38 16 12 10 54-47 60 10 5 4 32-23 35 6 7 6 22-24 25
6. Renn 38 16 10 12 52-40 58 9 4 6 26-21 31 7 6 6 26-19 27
7. Lans 38 15 12 11 55-54 57 7 7 5 28-26 28 8 5 6 27-28 29
8. Monpelye 38 14 12 12 60-62 54 7 4 8 34-35 25 7 8 4 26-27 29
9. Nitsa 38 15 7 16 50-53 52 7 3 9 25-30 24 8 4 7 25-23 28
10. Mets 38 12 11 15 44-48 47 5 5 9 19-26 20 7 6 6 25-22 27
11. Sent-Etyen 38 12 10 16 42-54 46 5 6 8 20-29 21 7 4 8 22-25 25
12. Bordo 38 13 6 19 42-56 45 7 4 8 19-21 25 6 2 11 23-35 20
13. Anje 38 12 8 18 40-58 44 6 3 10 20-27 21 6 5 8 20-31 23
14. Reyms 38 9 15 14 42-50 42 4 8 7 16-21 20 5 7 7 26-29 22
15. Strasbur 38 11 9 18 49-58 42 4 5 10 21-29 17 7 4 8 28-29 25
16. Loryan 38 11 9 18 50-68 42 10 2 7 31-29 32 1 7 11 19-39 10
17. Brest 38 11 8 19 50-66 41 8 4 7 32-33 28 3 4 12 18-33 13
18. Nant 38 9 13 16 47-55 40 3 8 8 21-29 17 6 5 8 26-26 23
19. Nim 38 9 8 21 40-71 35 3 5 11 22-39 14 6 3 10 18-32 21
20. Dijon 38 4 9 25 25-73 21 1 6 12 8-31 9 3 3 13 17-42 12
1. Lill * 0:0 2:1 1:1 2:0 1:1 4:0 1:1 2:0 1:0 0:0 2:1 1:2 2:1 1:1 4:0 0:0 2:0 1:2 1:0
2. PSJ 0:1 * 0:2 0:1 0:1 3:0 2:1 4:0 2:1 1:0 3:2 2:2 6:1 4:0 4:0 2:0 3:0 1:2 3:0 4:0
3. Monako 0:0 3:2 * 2:3 3:1 2:1 0:3 1:1 2:1 4:0 2:2 4:0 3:0 2:2 3:2 2:2 2:0 2:1 3:0 3:0
4. Lion 2:3 2:4 4:1 * 1:1 1:0 3:2 1:2 2:3 0:1 2:1 2:1 3:0 3:0 3:0 4:1 2:2 3:0 0:0 4:1
5. Marsel 1:1 0:2 2:1 1:1 * 1:0 0:1 3:1 3:2 1:1 0:2 3:1 3:2 1:1 1:1 3:2 3:1 3:1 1:2 2:0
6. Renn 0:1 1:1 2:1 2:2 2:1 * 0:2 2:1 1:2 1:0 0:2 0:1 1:2 2:2 1:0 1:1 2:1 1:0 2:0 5:1
7. Lans 0:3 1:0 0:0 1:1 2:2 0:0 * 2:3 0:1 2:2 2:0 2:1 1:3 4:4 0:1 4:1 2:1 1:1 2:1 2:1
8. Monpelye 2:3 1:3 2:3 2:1 3:3 2:1 1:2 * 3:1 0:2 1:2 3:1 4:1 0:4 4:3 1:1 0:0 1:1 0:1 4:2
9. Nitsa 1:1 0:3 1:2 1:4 3:0 0:1 2:1 3:1 * 1:2 0:1 0:3 3:0 0:0 0:2 2:2 3:2 2:1 2:1 1:3
10. Mets 0:2 1:3 0:1 1:3 1:1 1:3 2:0 1:1 1:1 * 2:0 0:0 0:1 2:1 1:2 3:1 0:2 2:0 0:3 1:1
11. Sent-Etyen 1:1 1:1 0:4 0:5 1:0 0:3 2:3 0:1 1:3 1:0 * 4:1 0:0 1:1 2:0 2:0 1:2 1:1 2:2 0:1
12. Bordo 0:3 0:1 0:3 0:0 0:0 1:0 3:0 0:2 0:0 1:2 1:2 * 2:1 1:3 2:3 2:1 1:0 0:0 2:0 3:0
13. Anje 1:2 0:1 0:1 0:1 2:1 0:3 2:2 1:1 0:3 1:1 0:1 0:2 * 1:0 0:2 2:0 3:2 1:3 3:1 3:0
14. Reyms 0:1 0:2 0:1 1:1 1:3 2:2 1:1 0:0 0:0 0:0 3:1 1:2 0:0 * 2:1 1:3 1:0 3:2 0:1 0:0
15. Strasbur 0:3 1:4 1:0 2:3 0:1 1:1 1:2 2:3 0:2 2:2 1:0 0:2 0:0 0:1 * 1:1 2:2 1:2 5:0 1:0
16. Loryan 1:4 3:2 2:5 1:1 0:1 0:3 2:3 0:1 1:1 2:1 2:1 4:1 2:0 1:0 3:1 * 1:0 0:2 3:0 3:2
17. Brest 3:2 0:2 1:0 2:3 2:3 1:2 1:1 2:2 2:0 2:4 4:1 2:1 0:0 2:1 0:3 3:2 * 1:4 1:1 3:1
18. Nant 0:2 0:3 1:2 1:2 1:1 0:0 1:1 1:2 1:2 1:1 2:2 3:0 1:1 1:2 0:4 1:1 3:1 * 2:1 1:1
19. Nim 0:1 0:4 3:4 2:5 0:2 2:4 1:1 1:1 0:2 0:1 0:2 2:0 1:5 2:2 1:1 1:0 4:0 1:1 * 1:3
20. Dijon 0:2 0:4 0:1 0:1 0:0 1:1 0:1 2:2 2:0 1:5 0:0 1:3 0:1 0:1 1:1 0:0 0:2 0:4 0:2 *
ÇEMPİONUN VİZİT VƏRƏQİ
LİLL
Tam adı: Lille Olympique Sporting Club
Yaranma tarixi: 23 sentyabr 1944
Rəngləri: qırmızı-göy-ağ
Stadionu: “Pyer Morua” (50186)
Prezidenti: Olivye Letanj
Baş məşqçisi: Joslen Qurvennek
İnternet ünvanı: losc.fr
Titulları: 4 dəfə Fransa (1946, 1954, 2011, 2021) çempionu, 6 dəfə Fransa kubokunun (1946, 1947, 1948, 1953, 1955, 2011) qalibi, İntertoto kubokunun (2004) qalibi.
qapıçı
16. Mayk Menyan Fransa 03.07.1995 191 80 38 - 1 –
müdafiəçilər
2. Zəki Çəlik Türkiyə 17.02.1997 180 70 29 3 8 –
3. Tyaqo Calo Portuqaliya 09.04.2000 190 85 17 – 2 1
5. Sven Botman Niderland 12.01.2000 193 77 37 – 2 –
6. Joze Fonte Portuqaliya 22.12.1983 191 83 36 3 7 –
23. Adama Sumaore Fransa 18.06.1992 186 93 3 – 1 -
26. Jeremi Pye Fransa 23.02.1989 173 69 6 – 1 –
28. Reynildo Mandava Mozambik 21.01.1994 178 74 29 – 2 1
29. Domaqoy Bradariç Xorvatiya 10.12.1999 178 69 26 1 4 -
yarımmüdafiəçilər
8. Şeka Portuqaliya 10.11.1994 186 79 33 1 6 –
10. Jonatan İkone Fransa 02.05.1998 175 67 37 4 - -
11. Luis Araujo Braziliya 02.06.1996 175 68 28 4 5 –
12. Yusuf Yazıcı Türkiyə 29.01.1997 178 74 32 7 1 –
18. Renato Sanşeş Portuqaliya 18.08.1997 176 75 23 1 4 -
21. Benjamen Andre Fransa 03.08.1990 177 68 35 – 10 –
24. Bubakari Sumare Fransa 27.02.1999 188 82 32 – 2 –
hücumçular
7. Jonatan Bamba Fransa 26.03.1996 175 72 38 6 2 –
9. Conatan Devid Kanada 14.01.2000 175 71 37 13 - -
17. Burak Yılmaz Türkiyə 15.07.1985 188 80 28 16 6 –
19. İsaak Lihaci Fransa 10.04.2002 177 70 15 - - -
22. Timoti Vea Fransa 22.02.2000 185 66 28 3 1 -
Daha 2 qol avtoqol sayəsində vurulub.
Qeyd: yalnız meydana çıxan futbolçular göstərilib.
1 – futbolçu, 2 – vətəndaşlığı, 3 – doğum tarixi, 4 – boyu (sm), 5 – çəkisi (kq), 6 – oyun, 7 – qol, 8 – sarı, 9 – qırmızı vərəqə.