Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” - “Olimpiakos” oyunundan öncə keçirilən mətbuat konfransında Matye Valbuena iştirak edib.
Fransalı yarımmüdafiəçi jurnalistlərin suallarını cavablayrıb...
Bu oyunda “Olimpiakos” üçün hansısa çətinliklər olacaqmı?
- Əlbəttə ki, ilk oyundakı kimi çətinliklər olacaq. Asan qarşılaşma olmayacaq. Əlimizdən gələn hər şeyi edəcəyik. Qələbə qazanacağımıza əminik.
- İlk oyundan fərqli hansı məqamlar olacaq?
- Bizim üçün o qədər də önəmi yoxdu. Təbii ki, çətin olacaq. Çempionlar Liqasında yolumuza davam etmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Görüşdən öncə hansısa həyacan varmı? Qələbə qazanmaq üçün nələr edəcəksiniz?
- Biz əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, işimizin öhdəsindən gələk. Təcrübəli oyunçuyuq. Hamımız öz bacardığımız qədər oyunumuzu nümayiş etdirəcəyik. Yenə deyirəm, əlimizdən gələni edəcəyik ki, turu keçən tərəf biz olaq.
- “Neftçi”dən sürpriz gözləyirsən? Bakı təmsilçisinin turu keçəcəyini düşünürsənmi?
- Düzdü, bu oyun çətin olacaq. Amma bir saniyə belə məğlub olacağımızı düşünmürük. Bakıya uduzmaq üçün getmirik. Verilən tapşırıqları yerinə yetirəcəyik. Qarşılaşma bizim üçün çətin olacaq. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.