Futbol üzrə Rusiya çempionatında 2021/22 mövsümünün ilk turunun oyunları keçirilib.
“Futbol+” xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Keşlə”nin rəqibi olan “Soçi” də yeni mövsümdə ilk çempionat matçına çıxıb. Vladimir Fedotovun çalışdırdığı komanda səfərdə “Nijni Novqorod”la qarşılaşıb. “Keşlə”nin rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. "Soçi"nin start heyəti: Zabolotnı, Marqasov, Proxin, Rodriqao, Baraç, Terexov, Burmistrov, Sallaqov, Noboa, Zaika, Vorobyov.
RƏŞAD