Azərbaycanı qılıncoynatmanın sablya növündə təmsil edən Anna Başta da mübarizəni dayandırıb.
"Futbol+"in məlumatına görə, o, 1/16 finalda amerikalı rəqibi Anna-Elizabet Stonla qarşılaşıb. Stonu məğlub edən idmançımız adını 16 ən güclünün sırasına yazdırıb.
Başta 1/8 finalda rusiyalı Olqa Nikitinaya məğlub olub. Bununla da mübarizəni dayandırıb.