Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Sumqayıt" - "Çukariçki" oyunundan öncə meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandıracaq.
"Futbol+"in məlumatına görə, "kimyaçılar"ın çalışdırıcısının iştirakı ilə mətbuat konfransı iyulun 28-i, saat 18.10-da başlayacaq. Bundan 20 dəqiqə sonra isə "ağ-göylər"in məşqi başlayacaq. Məşqin 15 dəqiqəsi media mənsubları üçün açıq olacaq. "Çukariçki"nin çalışdırıcısı Pavli Delibaşiç də həmin gün jurnalistlərlə Bakıda görüşəcək. Serbiyalı mütəxəssis paytaxtla Sumqayıt arasında məsafənin uzaq olduğunu əsas gətirərək, əlavə vaxt itkisinə yol verməmək üçün mətbuat konfransının məskunlaşacaqları "Hyatt Recensi" otelində təşkil olunmasını istəyib. Serbiyalı mütəxəssisin jurnalistlərlə görüşünün saatı sabah bəlli olacaq.