Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Sumqayıt"la qarşılaşacaq "Çukariçki"nin Bakıya gəlişinin vaxtı bəlli olub.
"Futbol+"in məlumatına görə, Serbiya təmsilçisi iyulun 19-da çarter reysi ilə Azərbaycana gələcək. "Dağlılar" paytaxtdakı "Hyatt Recensi" otelində məskunlaşacaqlar.
Qeyd edək ki, Belqrad klubu həmin günü saat 20.00-da Sumqayıtdakı "Kapital Bank Arena"da oyunöncəsi son məşqinə çıxacaq.