Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Olimpiakos” oyununun biletləri sabah saat 12.00-da satışa çıxarılacaq.
"Futbol+"in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) manat təşkil edən biletləri azarkeşlər “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilər. Kassalar saat 21.00-dək işləyəcək.
Qeyd edək ki, iyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21.00-da başlanacaq.