"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Almaniyada 2021-ci ilin məşqçisi seçilib.
"Futbol+"in məlumatına görə, o, "Kicker" nəşrinin keçirdiyi anketdə Alman İdman Jurnalistləri Birliyinin verdiyi səslərə görə bu uğura imza atıb. Tuxel 129 səs toplayıb. İkinci yerdə "Bavariya"nın baş məşqçisi Hans Flik (118), ardından "Borussiya"nın çalışdırıcısı Edin Terziç (75) gəlir.
Xatırladaq ki, Tomas ötən mövsüm "Çelsi" ilə Çempionlar Liqasını qazanıb. Flik isə 2021-ci il Klublararası dünya kubokunda və bundesliqada qalib olub.