“Valensiya”dan ayrılan Kevin Qameyronun yeni klubu məlum olub.
34 yaşlı hücumçu İspaniyadakı 7 illik futbolçu həyatına son qoyub. O, bundan sonra vətəni Fransada top qovacaq. Kevin “Strasbur”a keçib. Liqa 1 təmsilçisinin mətbuat xidmətinin məlumatında Fransa millisinin sabiq üzvü ilə 2 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Qameyro peşəkar karyerasına “Strasbur”da başlayıb. 2005-08-ci illər aralığında bu klubda çıxış edib. Kevin Fransada daha sonra “Loryan” və PSJ-nin formasını daşıyıb, 2013-cü ildə üz tutduğu İspaniyada isə “Sevilya”, “Atletiko” və “Valensiya”da oynayıb.