“Barselona” yetirməsi Alexandro Balde ilə yeni müqavilə imzalayıb.
Kataloniya təmsilçisi sol cinah oyunçusu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.
Baldenin müqaviləsində yer alan maddəyə görə, futbolçunun sərbəstqalma məbləği 500 milyon avrodu. 17 yaşlı futbolçu bu ilin yanvarından “Barselona”nın B komandasında çıxış edir.