Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Futbol+"in məlumatına görə, ilk yarış günündə 10 idmançımız mübarizəyə qoşulub.
Onlardan 8-i artıq mübarizəni dayandırıb. Güllə atıcısı Ruslan Lunyov iki medal şansından birini əldən verib. Boksçu Məhəmməd Abdullayev ilk döyüşündən qalib ayrılıb.
İdmançılarımızın bugünkü nəticələrini təqdim edirik:
1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Ruslan Lunyov (güllə atıcılığı) - 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma
10. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 final döyüşünə çıxacaq
Qeyd edək ki, sabah stend atıcılığında Emin Cəfərov, idman gimnastikasında Marina Nekrasova, boksda Cavid Çələbiyev, cüdoda isə Orxan Səfərov mübarizəyə qoşulacaq.