Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sumqayıt" - Çukariçki" qarşılaşmasının biletləri iyulun 26-dan etibarən satışa çıxacaq.
"Futbol+" xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.
Nəzərinizə çatdıraq ki, biletlər məhdud saydadır. Biletləri "Kontakt Home" mağazalar şəbəkəsinin "Sumqayıt-3" (10-cu mikrorayon) filialından əldə edə bilərsiniz.
Qeyd edək ki, "Sumqayıt" - "Çukariçki" qarşılaşması 29 iyul, saat 20:00-da "Kapital Bank Arena"da keçiriləcək. Komandalar arasındakı ilk oyunda hesab açılmayıb.