“Çikaqo”nun əfsanəsi Skotti Pippen ABŞ basketbol yığmasının azarkeşlərinə Olimpiadanı öz evində izləməyi təklif edib.
55 yaşlı əfsanə uyğun elanı daşınmaz əmlakın icarəsi ilə bağlı saytda yerləşdirib:
“Tokiodakı Olimpiya və Paralimpiya Oyunlarının şərəfinə basketbol azarkeşlərini Çikaqodakı evimə dəvət edirəm ki, karyeramın ən parlaq anlarından olan 92-nin Barselona Olimpiadasının həyəcanın yenidən yaşasınlar. Olimpiyaçıların növbəti nəslini mənim evimdə dəstəkləməyinizə çox şad olaram”.
Məhz çempion olduğu 1992-ci il Olimpiadasını xatırlatmaq üçün Pippen 92 dollarlıq rəmzi ödəniş də müəyyənləşdirib. Azarkeşlər evə 4 nəfərli qruplar şəklində buraxılacaq. Evi icarəyə götürmək üçün tarixlər avqustun 2-si, 4-ü və 6-sıdı. Qonaqlar başketbol izləməklə yanaşı, Pippenin idman kolleksiyasına baxmaq, onun basketbol meydançasında oynamaq, hovuzunda çimmək imkanı da qazanacaq. Olimpiadanın basketbol turniri 25 iyul – 7 avqust aralığında keçiriləcək.