Ukraynanın “Kolos” klubuna keçən Anatoli Nuriyev yerli mətbuata açıqlama verib.
"Futbol+"in məlumatına görə, Azərbaycan milli komandasının da üzvü yeni klubu “Kolos”a uyğunlaşma prosesindən danışıb:
“Mənim üçün bir az çətin oldu. Bir az daha güclənməyə çalışıram. Hazırda tam formada deyiləm, ancaq zamanla daha yaxşı olacam. Yeni təəssüratlar, duyğular var. Burada hər şey yaxşıdı”.
Anatoli Nuriyev “Kolos”la müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayıb.