Srağagün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” - “Aşdod” matçını izləyənlər arasında milli komandamızın baş məşqçisi Canni de Byazi də olmalıydı.
“Futbol+”ə assosiasiyanın mətbuat xidmətindən belə bir məlumat daxil olmuşdu. Sonrada bəlli oldu ki, italiyalı mütəxəssis görüşü Tofiq Bəhramov adına stadiondan izləməyib.
Bunun səbəbini öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi Canni de Byazinin hazırda məzuniyyətdə olduğunu bildirdi: