Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Aşdod" - "Qarabağ" matçının hakimləri bəlli olub.
"Futbol+"in məlumatına görə, görüşü serbiyalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmada əsas söz sahibi Nevak Simoviç olacaq. Ona Nikola Coroviç və Miloş Simoviç yardım göstərəcəklər. Ehtiyat hakim Aleksandar Jivkoviçdi.
Xatırladıq ki, oyun iyulun 29-da İsraildə olacaq.