Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” daha bir yoxlama oyununda qüvvəsini sınayacaq.
Klub saytının yaydığı xəbərə görə, komanda “Telavi” klubu ilə üz-üzə gələcək. Gürcüstan yüksək liqa təmsilçisi ilə matç iyulun 26-sı, saat 19.00-da “Zestafoni” təlim-məşq bazasının stadionunda olacaq.
Qeyd edək ki, “Sabah” Tbilisi toplanışında daha öncə “Şukura” (1:0) və “Samqurali” (0:1) klublarıyla qarşılaşıb. “Ağ-göylər” iyulun 28-də Gürcüstanda sonuncu yoxlama oyununu yerli “Saburtalo”ya qarşı keçirəcək.