FİFA referisi Rauf Cabbarov Konfrans Liqasının oyununu idarə edib.
Azərbaycanlı hakimlər briqadası 2-ci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində keçirilən "Teuta" (Albaniya) - "İnter" (Andorra) matçında iştirak ediblər.
Rauf Cabbarova yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov kömək edib. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirib.
Qarşılaşma Andorra təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rauf Cabbarov hər iki komandanın 4 oyunçusunu sarı vərəqə ilə cəzalandırıb.