• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tokio-2020: arzularla uzlaşmayan reallıqlar - TƏHLİL

Manşet / Yazarlar / Günün xəbəri

23-07-2021, 14:0

Tokio Yay Olimpiya Oyunları start götürsə də, bəzi idman növlərində mübarizə baş tutsa da, açılış mərasimi bu günə planlaşdırılıb.

Artıq olimpiya yığmamızın üzvləri də hissə-hissə “gündoğar ölkə”nin yolunu tutub. Məlum olduğu kimi, ölkəmiz dördilliyin ən nüfuzlu yarışında 44 idmançı ilə təmsil olunacaq. Onlardan 28-i kişi, 16-sı qadındı. Lisenziyaların sayı məlum səbəblərdən yetərincə azdı. Elə əvvəlki analoji yarışla müqayisədə medalların sayında da azalma gözlənilir. Təbii ki, əsas ümid yeri ənənəvi idman növlərində yer alanlar olacaq. Medal boxçamızın güləş, cüdo, boks və taekvondo üzrə yarışlardan dolacağına ümid edirik. Yəni məhz bu idman növlərində mübarizəyə qoşulacaq liderlərlər bayrağımızı qaldırıb, himnimizi səsləndirmək potensialına malikdilər. Əlbəttə, sensasiya da istisna olunmur. Amma belə ehtimal çox azdı. Ümumilikdə Tokio-2020-ni 7-8 medalla başa vursaq, papağımızı göyə tullaya bilərik. Elə “Gracenote” analitik şirkətinin əməkdaşları da təxminən bizim kimi düşünür. Onların fikrincə, olimpiya yığmamızın qazancı 7 (1 qızıl, 6 bürünc) medal olacaq. Mariya Stadnikin (güləş) çempion olacağı, İrina Zaretska, Rafael Ağayev (hər ikisi karate), Rüstəm Orucov, Zelim Kotsoyev (hər ikisi cüdo), Milad Beiqi Harçeqani (taekvondo) və Şərif Şərifovun (sərbəst güləş) 3-cü yeri tutacağı proqnozlaşdırılıb. Komandamızın bu nəticə ilə ümumi sıralamada 52-ci yeri tutacağı da qeyd olunub. “Gracenote”nin əməkdaşları bu qənaətə Rio-2016-dan sonra baş tutan beynəlxalq yarışların təhlilinə əsasən gəliblər. Amma inanmaq istərdik ki, olimpiyaçılarımız bu bədbin proqnozları alt-üst edəcək, idmansevərləri daha ciddi uğurlarla sevindərəcəklər.

Sonda təmsilçilərimizin müstəqillik dönəmində Yay Olimpiya Oyunlarında çıxışına diqqət yetirək. Qazanılan 7 qızıl, 11 gümüş və 24 bürünc medal 6 idman növünün payına düşür. Bunlar güləş (4 qızıl, 7 gümüş, 11 bürünc), cüdo (1 qızıl, 2 gümüş, 1 bürünc), atıcılıq (1 qızıl, 2 bürünc), taekvondo (1 qızıl, 2 bürünc), boks (1 gümüş, 7 bürünc) və avarçəkmədi (1 gümüş, 1 bürünc). Yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-də “gümüş”ə, ağırlıqqaldıran Valentin Xristov 2012- də “bürünc”ə yiyələnsə də, sonradan dopinqə görə medaldan məhrum olunublar.

Atalanta-1996 (23 idmançı - 1 gümüş)
Namiq Abdullayev (sərbəst güləş) – gümüş

Sidney-2000 (31 idmançı – 2 qızıl, 1 bürünc)
Zemfira Meftəhəddinova (stend atıcılığı), Namiq Abdullayev (sərbəst güləş) – qızıl, Vüqar Ələkbərov (boks) – bürünc
Afina-2004 (36 idmançı - 1 qızıl, 4 bürünc)

Fərid Mansurov (yunan-Roma güləşi) – qızıl, Fuad Aslanov, Ağası Məmmədov (hər ikisi boks), İradə Aşumova (25 m məsafəyə güllə atıcılığı), Zemfira Meftəhəddinova (stend atıcılığı) –bürünc

Pekin-2008 (44 idmançı - 1 qızıl, 1 gümüş, 4 bürünc)
Elnur Məmmədli (cüdo) – qızıl, Rövşən Bayramov (yunan-Roma güləşi) – gümüş, Şahin İmranov (boks), Mövlud Mirəliyev (cüdo), Mariya Stadnik (qadın güləşi), Xetaq Qazyumov (sərbəst güləş) – bürünc

London-2012 (53 idmançı - 2 qızıl, 2 gümüş, 5 bürünc)
Toğrul Əsgərov, Şərif Şərifov (hər ikisi sərbəst güləş) – qızıl, Rövşən Bayramov (yunan-Roma güləşi), Mariya Stadnik (qadın güləşi) – gümüş, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov (hər ikisi boks), Xetaq Qazyumov (sərbəst güləş), Emin Əhmədov (yunan-Roma güləşi), Yuliya Ratkeviç (qadın güləşi) – bürünc

Rio de Janeyro-2016 (56 idmançı - 1 qızıl, 7 gümüş, 10 bürünc)
Radik İsayev (taekvondo) – qızıl, Lorenso Sotomayor (boks), Valentin Demyanenko (1200 m məsafəyə avarçəkmə), Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), Toğrul Əsgərov, Xetaq Qazyumov (hər ikisi sərbəst güləş), Mariya Stadnik (qadın güləşi) – gümüş, Kamran Şahsuvarlı (boks), İnna Osipenko-Radomskaya (1200 m məsafəyə avarçəkmə), Milad Beiqi Harçeqani, Patimat Abakarova (hər ikisi taekvondo), Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov (hamısı sərbəst güləş), Rəsul Çunayev, Sabah Şəriəti (hər ikisi yunan-Roma güləşi), Natalya Sinişin (qadın güləşi) – bürünc.

KƏNAN HƏSƏNOV

Oxunub: 743
Paylaş:
Digər xəbərlər

İdman / Manşet

28-07-2021, 16:0

Tokio-2020-də mübarizəni dayandıran azərbaycanlılar

İdman / Manşet

24-07-2021, 18:0

10 idmançımızdan 8-i mübarizəni dayandırdı - Tokio-2020

İdman

22-07-2021, 12:0

Qvineya Tokio-2020-yə qatılmaqdan imtina etdi

İdman

31-12-2021, 10:0

Güləşçilərimizdən 143 medal

İdman

13-07-2021, 15:0

Tokioda iki bayraqdarımız olacaq

İdman

20-01-2022, 13:0

Pekin Qış Olimpiya Oyunları ölkəmizdə yayınlanmayacaq

Aktual
Cəfərquliyev: "Hələ heç nə bitməyib"
"Bizə topu ələ keçirməyə imkan vermədilər" - Fredrik Qulbrandsen
Tahir Gözəl idman mediasını başına topladı
"Qarabağ"ı hesabdan silənlər az deyildi"
"İmişli" məğlubiyyətin günahını hakimdə gördü: "Haqqımızı yedilər"
"Mingəçevir" çempionata niyə uğursuz başladı? - Baş məşqçi səbəbi açıqladı
Son xəbərlər
  • Bu gün, 14:21
    “Lənkəran”ın prezidenti tapıldı və danışdı
  • Bu gün, 13:53
    “Arsenal” favoritdi, qalan komandalar 2-ci yer uğrunda oynayacaq
  • Bu gün, 13:20
    “Qalatasaray” ölümdən döndü
  • Bu gün, 12:50
    Favoritlərdən çətin qələbələr
  • Bu gün, 12:20
    Son finalçı yeni mövsümə heç-heçə ilə başladı
  • Bu gün, 11:51
    “Fənərbaxça” 11-ci oyunda da qalib gəldi!
  • Bu gün, 11:21
    Azər Məmmədov: “Bizdən böyük uğur gözləmək absurddu”
  • Bu gün, 10:50
    ”Sabah” “Kəpəz”ə, “Səbail” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR
  • Bu gün, 10:22
    Zirvə görüşü: “Neftçi” – “Zirə” - YENİLƏNİR
  • Dünən, 23:58
    “Sabah” futbolçusu ilə yollarını ayırdı
  • Dünən, 23:37
    "Komandada çox mövqe güclənməlidi" - Rəşad Sadıqov
  • Dünən, 23:06
    "Nəyisə əvvəldən qurban veririk ki, sonra yaxşı olsun" - Adrian Mutu
  • Dünən, 22:55
    Cəfərquliyev: "Hələ heç nə bitməyib"
  • Dünən, 21:53
    "Bizə topu ələ keçirməyə imkan vermədilər" - Fredrik Qulbrandsen
  • Dünən, 21:32
    Cəlal Hüseynov oynadı, "Arda" qalib gəldi
  • Dünən, 20:51
    "Nəyə görə qırmızı göstərdiyini başa düşmədim" - Mübariz Orucov
  • Dünən, 20:30
    Ayxan Abbasov komandasının zəif nöqtəsini açıqladı
  • Dünən, 20:09
    “Molde”nin üzgün futbolçusu su qabını təpiklədi
  • Dünən, 19:58
    Abdolbari Gözəl “Qarabağ”ı təbrik etdi
  • Dünən, 19:37
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:16
    Tahir Gözəl idman mediasını başına topladı
  • Dünən, 18:55
    “Qarabağ” ilk dəfə qələbə ilə başladı - STATİSTİKA
  • Dünən, 18:34
    “Bavariya”dan “Barselona”ya keçə bilər
  • Dünən, 18:13
    Konfrans Liqasında turun ən yaxşı oyunçusu seçildi
  • Dünən, 17:52
    “Qarabağ”ın qələbəsi mövqeyimizi dəyişmədi
  • Dünən, 17:31
    Hidayət Heydərov "Böyük Dəbilqə" turnirinin beşqat qalibi oldu
  • Dünən, 17:10
    "Sumqayıt" - "Turan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    "Qarabağ"ı hesabdan silənlər az deyildi"
  • Dünən, 16:38
    "İmişli" məğlubiyyətin günahını hakimdə gördü: "Haqqımızı yedilər"
  • Dünən, 16:17
    "Mingəçevir" çempionata niyə uğursuz başladı? - Baş məşqçi səbəbi açıqladı
  • Dünən, 15:56
    DÇ-2024: Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlandı
  • Dünən, 15:35
    Bundesliqada top qovan iki azərbaycanlı yığmaya dəvət olunmur
  • Dünən, 15:04
    "Fikrimcə, oyunun ədalətli hesabı 1:0 yox, 3:0 idi"
  • Dünən, 14:43
    Avropa Liqasında turun ən yaxşı oyunçusu seçildi
  • Dünən, 14:12
    "Zaur Axundov Rumıniyadakı nəticəyə görə narazılığını bildirdi" - MÜSAHİBƏ
Daha çox
Oxunub: 3 088
“İrəvan”ın prezidentindən şok ittihamlar: “Onları adam hesab etmirəm, dovşandılar”
Oxunub: 2 349
“Qarabağ” H qrupundan necə çıxa bilər?
Oxunub: 991
Samir Ələkbərov: “Xankəndində özüm komanda yaradacam, baş məşqçi də...” - AÇIQLAMA
Oxunub: 778
Bundesliqada top qovan iki azərbaycanlı yığmaya dəvət olunmur
Oxunub: 738
“Molde”nin üzgün futbolçusu su qabını təpiklədi
Oxunub: 734
Region Liqası da ölkə futbolunun inkişafında tramplin rolunu oynamalıdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə