İsveç millisinin kapitanı Sebastyan Larsson beynəlxalq karyerasını başa vurub.
Təcrübəli futbolçu bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
Bununla da, 36 yaşlı yarımmüdafiəçinin İsveç yığmasındakı 13 illik karyerası sona çatıb. 2018-ci ildən ölkəsinin AİK klubunda çıxış edən Larsson İsveç yığmasında 133 oyuna 10 qol vurub. Onun milli forma ilə bir dəfə dünya, dörd dəfə Avropa çempionatında çıxış etdiyini də bildirək.