DünənKonfrans Liqasında keçirilən matçlardan sonra UEFA-nın əmsallar cədvəli açıqlanıb.
“Qarabağ”ın “Aşdod”la heç-heçəsindən, “Keşlə”nin “Soçi”yə məğlub olmasından sonra Azərbaycanın bu mövsüm ümumi qazancı 0, 750-yə çatıb. Bunun 0,500-ü "Neftçi"nin, 0,125-i "Sumqayıt"ın, 0, 125-i isə "Qarabağ"ın payına düşür.
Ölkəmiz 13, 375 əmsalla əvvəlki kimi 29-cudu. 28-ci sırada qərarlaşan Qazaxıstandan 0, 375 əmsal geri qalırıq. 30-cu sırada qərarlaşan Polşadan cəmi 0, 375 əmsal irəlidəyik.