Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Soçi" "Keşlə"ni 3:0 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Sənan Qurbanov oyun haqda fikirlərini səsləndirib:
“Soçi” çox ciddi komandadı. Onlar Rusiya çempionatında 5-ci yeri tutub. Planımız var idi. Futbolçular meydanda buna uyğun oynamalı idi. Amma rəqib imkan vermədi. “Soçi” daha hazırlıqlıdı. Onlar bizdən daha çox oyun keçiriblər. Futbolçularımız ilk 15 dəqiqədə həyəcanlı idi. Bu, görünürdü. Amma bizim də imkanlar oldu. Topu boş yerə itirəcəyimizi gözləmirdik. Bu, həm hücumda, həm müdafiədə olurdu. Bəlkə də az oyun keçirmişik. Topu da çox itirirdik. Hətta düz yerdə bunu edirdik. Oyunçularımız çalışdı. Ümid var. Gənc yerli futbolçular oynamaq istəyirlər”.