Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Soçi" - "Keşlə" oyununa azarkeş buraxılmayacaq.
“Futbol+”in Rusiya klubunun rəsmi saytına istinadən məlumatına görə, qərarın səbəbi ölkədə koronavirusa yoluxma hallarının artmasıdı. Bilet alan azarkeşlərin pulu geri qaytarılacaq.
Qeyd edək ki, "Fişt" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.