Tokio Yay Olimpiya Oyunlarında çıxış edəcək taekvonduçularımızın ilk rəqibləri müəyyənləşib.
"Futbol+"in məlumatına görə, Milad Beiqi Harçeqani (80 kq) ilk döyüşünü Vey-Tinq Liuya “Çin Taybeyi” qarşı keçirəcək. Fəridə Əzizova (67 kq) isə Peyc Makpersonla (ABŞ) qarşılaşacaq. Hər iki idmançı iyulun 26-da mübarizəyə qoşulacaq.