Yaşıl meydanlarda bir sıra rekordların müəllifi olan Lionel Messi futboldankənar həyatında da rekorda imza atıb.
"Futbol+"in məlumatına görə, ulduz futbolçunun Amerika Kubokunun qalibi olandan sonra paylaşdığı kubokla birgə şəkli “instaqram”da 20 milyondan çox izləyici tərəfindən bəyənilib. Argentinalı hücumçu bu göstərici ilə Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonu geridə qoyub.
Xatırladaq ki, Ronaldonun Maradonanın vəfatı münasibəti ilə etdiyi paylaşımı rekord sayda - 19 milyon 800 min bəyənmə ilə diqqəti cəlb etmişdi.