Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün “Olimpiakos”la qarşılaşacaq olan “Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədi.
“Futbol+”in əldə etdiyi özəl məlumata görə, “ağ-qaralar”a menecerlər tərəfindən yeni oyunçu təklif olunub. Bu, italiyalı qolkiper Rikkardo Piscitellidi. 27 yaşlı qapıçı hazırda azad agentdi. Onun son klubu Portuqaliya 2-ci liqasında çıxış edən “Nasional” olub. “Neftçi”nin məşqçilər korpusu hələ ki Rikkardo haqda yekun qərar verməyib.
Qeyd edək ki, qolkiper İtaliya nəhənglərindən “Milan”ın yetirməsidi. Piscitelli karyerası ərzində “Benevento”, “Karpi”, “Dinamo” (Buxarest) kimi klublarda çıxış edib. Qolkiper İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.