“Neftçi” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində növbəti oyuna çıxıb.
Tiflis “Dinamo”sunu mübarizədən kənarlaşdıran “ağ-qaralar” bu dəfə “Olimpiakos”la qarşılaşıb.
İlk hissə "Neftçi"nin hücumları ilə başlayıb. Lakin ev sahibləri oyunu bərabərləşdirə bilib. Məhəmməd Kamaranın uzaqdan vurduğu zərbə ilə hesab açılıb - 1:0. Ardından yenə Kamara ön plana çıxıb. "Olimpiakos"un oyunçusu Namikə təpiklə zərbə endirib və meydandan uzaqlaşdırılıb.
İkinci yarıya da "Neftçi" üstün başlayıb. Mert Çelik rəqibə qarşı aşkar kobudluq edib və qırmızı vərəqə alıb. Say bərabərləşdikdən sonra Yunanıstan təmsilçisi üstünlüyünü artırıb. Matçda başqa qol olmayıb. Görüş 1:0 hesabı ilə yekunlaşıb.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
“Olimpiakos” (Yunanıstan) - “Neftçi” (AZƏRBAYCAN) 1:0
Qol: M. Kamara, 29
Qırmızı vərəqələr: M. Kamara, 43 - M. Çelik, 63
Hakimlər: Silva Pineyro Joao Pedro, Pereyra Kosta Tyaqo Joze, Ferreyra Ribeyro Pedro Rikardo, Fernandes Korreyra Qustavo (hamısı Portuqaliya).
UEFA nümayəndəsi: Klaue Kremer (Lüksemburq).
Hakim-inspektor: Darko Çeferin (Sloveniya).
21 iyul. Afina. “Georgios Karaiskakis” stadionu. Saat 23.00
“Olimpiakos”: 88. Konstantinos Tsolakis, 14. Tanasis Andrutsos, 3. Ruben Semedu, 25. Svetozar Markoviç, 45. Oleq Ryabçuk, 5. Andreas Buxalakis, 4. Məhəmməd Kamara, 18. Pyer Kunde, 97. Lazar Ranceloviç, 9. Ahmed Hasan Koka, 19. Giorqos Masuras
Ehtiyat oyunçular: 1. Tomaş Vaslik, 31. Eqmundur Kristinsson, 12. Usseynu Ba, 44. İlias Karagiris, 17. Marius Vrusai, 20. Nikola Çumiç, 22. Agibu Kamara, 27. Kenni Lala, 28. Matye Valbuena, 66. Pape Abu Sisse, 90. Vasilis Sourlis
Baş məşqçi: Pedro Martins
"Neftçi": 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Huqo Basto, 14. Roman Bask, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov