Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir.
"Futbol+"in Voleybol Federasiyasına istinadən verdiyi məlumata görə, yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşq toplanışı zamanı bir neçə yoxlama görüşü də keçirəcək.
Rəqib Avropa çempionatına vəsiqə qazanan Belarus və Macarıstan milliləridi. Hər iki komanda artıq Bakıdadı və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.
Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.
21 iyul
16:30. Azərbaycan –Macarıstan (FHN)
22 iyul
16:30. Azərbaycan – Belarus (FHN)
23 iyul
16:30. Azərbaycan – Macarıstan (AVF)
25 iyul
10:30. Azərbaycan – Belarus (AVF)