“Çox maraqlı maraqlı dönəmdəyik. Bizi çətin oyun gözləyir”.
Bu sözləri “Olimpiakos”un kapitanı Andreas Buxalakik deyib.
28 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib. Yunanıstan təmsilçisinin kapitanı “ağ-qaralar”ın güclü olduğunu dilə gətirib:
“Sabah əlimizdən gələni edəcəyik. Hazırlıq yaxşı keçdi, sabahkı görüşə tam hazırıq. Çox sevinirik ki, matçda azarkeşlər də bizimlə birlikdə olacaq. Həyəcan içindəyik. Çox xoşbəxtik ki, görüş onların iştirakı ilə keçiriləcək. Çempionlar Liqasında növbəti mərhələyə adlamaq istəyirik. Bundan ötrü əlimizdən gələni edəcəyik. Növbəti raunda hazır olmalıyıq. “Neftçi” ilə qarşılaşmaya çox ciddi yanaşırıq. Rəqibin oyununu izləmişik. Qarşımızda güclü futbolçular var. Xüsusən də, sistemləri və ön xətt oyunçuları güclüdü”.