“Şalke”nin müdafiəçisi Ozan Kabak karyerasını Fransada davam etdirə bilər.
"Futbol+"in məlumatına görə, Türkiyə millisinin futbolçusu Liqa 1-in bir neçə klubundan təklif alıb.
Ötən mövsümü icarə əsasında İngiltərə “Liverpul”unda keçirən Ozan təklifləri nəzərdən keçirir. Onun xidmətində “Nitsa” və “Renn” maraqlıdı.