İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avropa çempionu olmaları barədə danışıb.
"Futbol+"in məlumatına görə, o, "Sky Sport İtaliya"ya açıqlamasında deyib:
"Bir Avropa çempionu kimi özümü çox yaxşı hiss edirəm. Bu, həqiqətən böyük bir hissdi və mən, xüsusən bütün italyanlara bu sevinci yaşatdığımız üçün xoşbəxtəm. Möhtəşəm uğur qazandıq. Bu, İtaliyanın tarix kitablarına daxil ediləcək. İtalyanlar bütün yay boyu qələbəmizi qeyd edəcəklər".