Yunanıstan mətbuatı "Olimpiakos"un baş məşqçisi Pedro Martinsin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı sabahkı ev matçında hansı futbolçuları meydana buraxacağını açıqlayıb.
Həmkarlarımız 52 yaşlı portuqaliyalı mütəxəssisin 4-3-3 taktiki sxemenindən istifadə edərək aşağıdakı "11-liy"ə güvənəcəyini qeyd ediblər:
Konstantinos Tsolakis, Ruben Semedu, Sokratis Papastatopulos, Oleq Ryabçuk, Tanasis Andrutsos, Andreas Buxalakis, Usseynu Ba, Mohamed Kamara, Giorqos Masuras, Lazar Ranceloviç, Yussef əl-Ərabi
Qeyd edək ki, yunanıstanlı həmkarlarımız süprizi də istisna etməyərək, təzəlikcə məşqlərə qayıdan Tomas Vatslik, Ahmed Hasan Koka, Pyer Kunde, Matyö Valbuenadan birinin start heyətində yer alacağını bildiriblər.