“Neftçi” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində yeni transferlərinin xidmətindən yararlana biləcək.
Paytaxt təmsilçisi hər iki müdafiəçinin adını iştirak ərizəsinə daxil edib.
Bu səbəbdən də Huqo Basto və Romen Bask “Olimpiakos”la qarşılaşmalarda forma geyinə biləcəklər.
Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma iyulun 21-də, cavab matçı isə 28-də keçiriləcək.