Mövsüm başa çatandan sonra İlham Yadullayevlə yolları ayıran "Turan Tovuz"un baş məşqçisiz günləri davam edir.
Kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, boş qalan posta bir neçə mütəxəssisin namizədliyi gözdən keçirilir. Mənbəmizin sözlərinə inansaq, namizədlərdən biri hazırda U-20-in baş məşqçisi Samir Əliyevin köməkçisi funksiyasını yerinə yetirən Emin İmaməliyevdi. Məsələ ilə bağlı Tovuz təmsilçisinin Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə danışdıq. Abdullayev bu xəbəri nə təsdiq, nə də təkzib etdi: