Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
"Futbol+"in məlumatına görə, Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi müəyyənləşib. Ölkəmizi Çempionlar Liqasında təmsil edən "ağ-qaralar" "Olimpiakos" səddini adlaya bilməsə, yoluna qitənin ikinci dərəcəli turnirində davam edəcək.
"Neftçi" - "Olimpiakos" cütünün məğlubu "Malmö" (İsveç) - HİK (Finlandiya) cütündə uduzan tərəflə qarşılaşacaq. İlk matç birinci cütün məğlubunun meydanında keçiriləcək.
Xatırladaq ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri avqustun 5 və 12-də keçiriləcək.