"Napoli" yeni baş məşqçisi Luçano Spallettinin rəhbərliyi altında ilk oyuna çıxıb. Neapol klubu o qədər də güclü sayılmayan "Anauniya" ilə yoldaşlıq oyunu keçirib və rəqibi meydana çıxmağına peşman edib - 12:0!
Spalletti Cennaro Qattuzonu əvəzləməklə bu posta mayın 29-da yiyələnib. 62 yaşlı mütəxəssisin əvvəlki iş yeri isə 2019-un mayında ayrıldığı "İnter" olub.