"Real" dünən öz bazasında "Rayo Valyekano" ilə yoldaşlıq oyunu keçirib. Azarkeşlərin və KİV nümayəndələrinin buraxılmadığı oyun 1:1 hesabıyla bitib.
Madridlilərin qolunu penaltidən İsko vurub. "Rayo Valyekano" isə Viktor Çustun avtoqolu sayəsində sevinib.
"Real"ın start heyəti: Andrey Lunin, Alvaro Odriosola, Viktor Çust, Naço, Marselo, Antonio Blanko, İsko, Martin Edeqor, Lukas Vaskes, Serxio Arribas, Xuanmi Latasa.