Mahir Emreli "Legiya"nın "Rakuv"a qarşı superkubok oyunu ilə əlaqədar "İnstaqram" hesabında paylaşım edib.
Millimizin üzvü qeyd edib ki, dəstək mesajları onun ürəyini isidib:
"Oyundakı uğursuz penalti vuruşuna görə dünən gecə mənə yüzlərlə dəstək mesajı gəlib, müxtəlif sosial platformalardan minədək yerdə adım qeyd olunub. Buna görə təşəkkür edirəm. Futbol inanılmaz oyundu. Komandama gözəl oyununa və dəstəyinə görə minnətdarlığımı bildirirəm".